V Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

V Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
# 14 iyun 2014 10:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İyunun 23 -24-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

İki gün davam edəcək tədbir çərçivəsində forumun plenar iclasının keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə dəyirmi masaların təşkili nəzərdə tutulur.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV nümayəndələri iştirak edəcək.

Forumun yekun plenar iclasının sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sənədlər imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR