Ukrayna Milli Qvardiyasının komandanı: “Slavyansk ətrafında vəziyyət gərgin olaraq qalır”

Ukrayna Milli Qvardiyasının komandanı: “Slavyansk ətrafında vəziyyət gərgin olaraq qalır”
# 03 iyul 2014 02:48 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak bəyan edib.

“Vəziyyət gərgin olaraq qalır. Ukrayna ordusu terrorçuların mövqelərinə məqsədyönlü şəkildə zərbələr endirir”, deyə Poltorak bildirib.

Ukrayna hərbçiləri arasında ölən və yaralananların olmadığını vurğulayan Poltorak deyib ki, bununla yanaşı antiterror əməliyyatı bölgəsində şəxsi heyətin gücləndirilməsi istiqamətində iş aparılır. Ötən gün Milli Qvardiyanın hərbi təcrübəyə malik ehtiyat batalyonu döyüş bölgəsinə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR