Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb - VİDEO

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 21 yanvar 2014 06:47 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən yol qəzası yanvarın 20-nə gecə saat 22:00 radələrində Zaqatala rayonunun Car kəndində baş verib.

Car kənd sakini, 1942-ci il təvəllüdlü Carayev Mollamuhuma Şahmur oğlu idarə etdiyi “UAZ” markalı, 62 BD 556 dövlət nömrə nişanlı avtomobillə kənddə meşə yolu adlanan ərazidə hərəkətdə olarkən qatı duman və yağmurlu hava şəraiti olduğundan idarəetməni itirərək avtomobili körpüdən çaya aşırıb. Nəticədə M. Carayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər şəxslər - mərhumun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Carayeva Aşura Xanov qızı, Car kənd sakini, 1947-ci il təvəllüdlü Abdullayev Nurəddin Qurban oğlu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Ruqiyyət Həsən qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəstəxanadan bildirbilər ki, yaralılardan Aşura Carayevanın vəziyyəti qənaətbəxş olduğundan o, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb. Nurəddin Abdullayev və Ruqiyyət Abdullayevanın vəziyyəti isə orta ağır hesab edilir, müalicələri xəstəxananın travmatologiya şöbəsində aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR