«AccessBank» xaricdən yeni kredit cəlb edib

«AccessBank» xaricdən yeni kredit cəlb edib
# 28 yanvar 2014 10:17 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) Azərbaycanda fəaliyyət göstərən «AccessBank» QSC-yə 15 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Ayrılan kredit Bankın kənd ərazilərində mikro və kiçik sahibkarlığın uzunmüddətli maliyyələşdirilməsinə dəstək verməklə yanaşı 7 000-dən artıq mikrokredit verməyə də imkan yaradacaq.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, EFSE İdarə Heyətinin sədri Monika Bek yeni kredit verməklə, «AccessBank»la uğurlu əməkdaşlığın davam etdirilməsindən məmnunluq duyduğunu bildirib. Bankın mikromaliyyələşdirmə sahəsində aparıcı mövqe tutmaqla və kənd təsərrüfatının maliyyələşdirilməsinə xüsusi diqqət yetirməklə, Azərbaycanın kənd ərazilərində EFSE-nin məqsədli qruplarının təmin olunmasında EFSE Fonduna dəstək olur.

«AccessBank»ın baş meneceri Mixael Hoffmann müqavilənin imzalanmasını şərh edərək Bankın əsas tərəfdaşı qismində çıxış edən Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondunun dəstəyini yüksək qiymətləndirdiyini deyib: «EFSE tərəfindən verilən kredit, ölkənin əksər regionlarında fəaliyyət göstərən geniş filial şəbəkəmiz olan kənd ərazilərində mikro və KOB müəssisələrinin kreditləşdirilməsi üzrə Bankın fəaliyyətinin genişləndirilməsinə böyük töhfə verəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR