İranda iki siyasi fəal edam edilib

İranda iki siyasi fəal edam edilib
# 30 yanvar 2014 01:14 (UTC +04:00)

APA-nın məlumatına görə, iki məhbus siyasi fəaliyyətinə görə dara çəkilib. Bunlar Əhvaz şəhərinin mərkəzi Karun həbsxanasında saxlanılan Çəmran Universitetinin magistri, şair, blogger və ərəb dili və ədəbiyyatı müəllimi Haşim Şabaninejad və kimya müəllimi, tətbiqi kimya ixtisası üzrə magistr Hadi Raşididir.

Onlar 2011-ci ildə Əhvaz şəhərində 2005-ci ildə baş vermiş hadisələrin ildönümü münasibətilə keçirilmiş aksiyalar zamanı həbs ediliblər. Əhvaz İnqilab Məhkəməsinin ikinci şöbəsi məhbusları Allaha qarşı müharibədə, hakimiyyət əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə xələl vurmaqda günahlandıraraq edam cəzasına məhkum edib. Qərar İran Ali Məhkəməsinin 32 şöbəsi tərəfindən də təsdiqlənib.

İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 29-da hər iki ərəb fəalın ailələrinə onların 3-4 gün əvvəl dəfn edildiklərini və dəfn olunduqları yeri söyləyəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR