Marneulidə Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib - FOTO

Marneulidə Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib  - <span style="color: red;">FOTO
# 17 fevral 2014 07:08 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində ARDNŞ-in maliyyə dəstəyi ilə beynəlxalq qrossmeyster, Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, turnirdə 56 gənc şahmatçı mübarizə aparıb.

Turnirin yekun günündə çıxış edən şahmat üzrə Avropa çempionu, beynəlxalq qrossmeyster Valeri Qaprindaşvili Vüqar Həşimovun həyatı və fəaliyyəti haqqında danışıb. Sonra birincilik uğrunda yekun yarışlar keçirilib. Birinci yeri Ayvaz Bayramov, ikinci yeri Gülnar Kərimova, üçüncü yeri isə Ruslan Mustafayev tutub. Qaliblər müxtəlif hədiyyələr, diplomlar və kuboklarla mükafatlandırılıblar.

Yarışa Gürcüstan Şahmat Federasiyasının prezidenti Giorgi Giorqadzenin çıxışı ilə yekun vurulub.

Tədbirdən sonra Marneuli Gənclər Mərkəzi ilə Gürcüstan Şahmat Federasiyası arasında may ayında Marneulidə ARDNŞ-in dəstəyi ilə Gürcüstan şahmat çempionatının keçirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR