TQDK sədri: “Son 2 ildə Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edən məzunların qəbul olunma göstəriciləri artıb”

TQDK sədri: “Son 2 ildə Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edən məzunların qəbul olunma göstəriciləri artıb”
# 19 fevral 2014 12:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı şəhərində 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan müşavirədə çıxışı zamanı deyib. O bildirib ki, ötən il abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal 2012-ci illə müqayisədə artıb. 2012-ci ildə Bakı məzunlarının qəbul imtahanlarında topladığı orta balın 238 911 olduğunu deyən TQDK sədri qeyd edib ki, 2013-cü ildə 244 737-ə bərabər olub: “Ötən ilin bu nəticəsi respublika üzrə orta göstəricidən 8,4%-dən yuxarıdır. Bakı şəhəri imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında 10-cu yerdə dayanır. Paytaxt abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 244.737-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 8.4% yuxarıdır. Şəhərin Azərbaycan bölməsi abituriyentlərinin biologiya fənni üzrə göstəricisi respublikanın orta göstəricisindən aşağıdır və bu fərq 3.10% təşkil edir. Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Bakının rus bölməsinin abituriyentlərinin göstəriciləri biologiya və coğrafiya fənləri üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq - biologiyadan - 2.64%, coğrafiyadan - 1.63% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və ingilis dili fənləri üzrə göstəriciləri isə respublika üzrə ən yüksək göstəriciyə bərabərdir”.

M.Abbaszadə əlavə edib ki, ümumilikdə 2013-cü ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20041 şagird bitirib, onların 19456 nəfəri buraxılış imtahanında iştirak edib. ümumilikdə 19952 nəfər attestat alıb. Attestat alanların 84.24%-i (16807 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak edənlərin 55.91%-i) tələbə adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR