Belçikanın xarici işlər naziri İranda səfərdədir

Belçikanın xarici işlər naziri İranda səfərdədir
# 24 fevral 2014 07:16 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Belçikanın xarici işlər naziri Didyer Reynders İranda səfərdədir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti əsasında baş tutub. D.Reynders səfər çərçivəsində İran xarici işlər naziri, həmçinin bu ölkənin bir sıra rəsmiləri ilə görüşəcək.

Görüşlərdə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlər, həmçinin İranla “altılıq” arasındakı nüvə müzakirələri ilə fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR