AMEA-nın mükafatları haqqında əsasnamələr təsdiq edilib

AMEA-nın mükafatları haqqında əsasnamələr təsdiq edilib
# 27 fevral 2014 16:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis edilmiş mükafatları haqqında əsasnamələr təsdiq edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, akademiyanın mükafatları Rəyasət Heyətinin 5 fevral tarixli qərarı ilə təsis olunub.

Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsrəddin Tusi, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev və Musa Əliyev adına mükafatları haqqında əsasnamələr təsdiqlənib.

Qeyd edək ki, Nəsrəddin Tusi adına mükafat riyaziyyat və astronomiya, Həsən bəy Zərdabi adına mükafat təbiət elmləri, akademik Üzeyir Hacıbəyli adına mükafat mədəniyyət, ədəbiyyat və incəsənət, akademik Mirəsədulla Mirqasımov adına mükafat tibb elmləri, akademik Yusif Məmmədəliyev adına mükafat kimya elmləri, akademik Musa Əliyev adına mükafat geologiya və mineralogiya elmləri sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR