Səfir: “Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti görüşündə əsas məqsəd iqtisadi əlaqələrin inkişaf etdirilməsidir”

Səfir: “Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti görüşündə əsas məqsəd iqtisadi əlaqələrin inkişaf etdirilməsidir”
# 13 mart 2014 16:19 (UTC +04:00)

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Türkiyədəki səfiri Əlirza Bigdeli bildirib.

Onun sözlərinə görə, martın 14-də Türkiyənin Van şəhərində keçiriləcək yığıncağa hər üç ölkənin xarici işlər nazirləri qatılacaq: “Toplantıda üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələsində müsbət nəticələrin əldə olunacağına ümidvaram”.

Səfir həmçinin deyib ki, Azərbaycan, Türkiyə və İranın coğrafi, mədəni və geopolitik sahədə xeyli sayda ortaqlıqları var: “Təbii ki, hər üç ölkə arasında əməkdaşlığın gücləndirilməsi Azərbaycan, Türkiyə və İran xalqlarının rifah və inkişafında da təsirli olacaq. Bundan əlavə, bölgədə də müsbət təsir buraxacaq”.

Qeyd edək ki, Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Məhəmməd Cavad Zərifin görüşündə üç ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, regional əlaqələrin yaxşılaşdırılması, həmçinin Urmiya və Naxçıvan şəhərlərində qəbul edilmiş qərarlar əsas müzakirə mövzusu olacaq. Bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR