Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 02 noyabr 2013 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari il oktyabr ayının 27-nə keçən gecə Binəqədi rayon sakini Xəyyam Həsənova məxsus “VAZ-2107” markalı avtomaşından 2 ədəd yaddaş kartı oğurlanıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Mahmud Məmmədov, Əli Qəhramanov və Elmədddin Zeynalov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabr ayının 27-də Binəqədi rayon sakini İlham Hacıyevin həyətindən 1 ədəd velosiped, habelə Məleykə Məhərrəmovanın, Camal Qəhramanovun, Şahin Qasımovun, İradə Abdullayevanın, Aydın Qarayevin, Xəyalə Quliyevanın, Pərviz Əhmədovun, Səriyyə Məmmədovanın, Aynur Mursaqulovanın, Elmidar Abdullayevin evlərindən, eləcə də Şövkət Bəylərovaya məxsus mağazadan pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR