Yunanıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dövlət Mahnı Teatrında konsert keçirilib

Yunanıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dövlət Mahnı Teatrında konsert keçirilib
# 30 yanvar 2014 10:11 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Yanvarın 29-da Yunanıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkənin Avropa İttifaqında sədrliyi ilə əlaqədar Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında konsert keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas bildirib ki, Yunanıstan beşinci dəfədir ki, quruma sədrlik edir: “Artıq bu məsələdə Yunanıstanın böyük təcrübəsi var”.

Konsert proqramında “Trio Elegeia” qrupunun ifasında Manos Hacidakis, Nikos Skalkotas və digər yunan bəstəkarlarının əsərləri ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR