Ombudsman Aparatının əməkdaşları penitensiar müəssisələrdə araşdırmalar aparıblar

Ombudsman Aparatının əməkdaşları penitensiar müəssisələrdə araşdırmalar aparıblar
# 31 yanvar 2014 09:45 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə və 10 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı Ombudsmanın nümayəndələri Müalicə Müəssisəsinin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Saxlanıldıqları cərimə palatalarında təklikdə qəbul edilmiş şəxslərlə konfidensial qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti, rəftar və onlara göstərilən tibbi yardımın keyfiyyəti ilə bağlı şikayət etməyiblər.

Müvəkkilin ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları həmin gün 10 saylı Cəzaçəkmə Müəssisəsində də olublar. Valideynlərinin müraciəti ilə əlaqədar məhkum O.M. Müvəkkilin nümayəndələri tərəfindən təklikdə qəbul edilib. Söhbət zamanı həmin şəxs müəssisədəki saxlanılma şəraiti və rəftarla bağlı heç bir şikayətinin olmadığını bildirib, bu barədə özünün Ombudsmana ünvanladığı təşəkkür ərizəsində də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR