Azərbaycanda mənimsəmədə ittiham olunan hərbçilərə hökm oxunub

Azərbaycanda mənimsəmədə ittiham olunan hərbçilərə hökm oxunub
# 25 dekabr 2013 11:49 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin C. Musayevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq edilməklə cəzası şərti hesab olunub.


Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda əmlakı mənimsəmə) maddəsinə əsasən ittiham olunurlar. Bir müddət əvvəl mətbuatda yayılmış məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hərbi hissədə 2009-2011-ci ilədək olan dövrdə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə yoxlanması zamanı yeyinti aşkarlanıb. Faktla bağlı aparılan istintaq zamanı məlum olub ki, hərbi hissənin 2009-2011-ci illəri əhatə edən rəsmi maliyyə sənədləri oğurlanaraq 2011-ci il sentyabrın 3-də Bakıda yandırılmaqla məhv edilib.

Onların qabaqcadan əlbir olaraq 87186,79 manat vəsaiti mənimsədiyi də yayılan məlumatlarda öz əksini tapıb.

Onu da qeyd edək ki, hökmdən narazı qalan qarşı tərəfin nümayəndəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiyasına müraciət edib. Həmin şikayət əsasında hazırda məhkəmə prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR