Suriyanın baş naziri İranda səfərdədir

Suriyanın baş naziri İranda səfərdədir
# 30 noyabr 2013 09:56 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Suriyanın baş naziri Vail əl-Xaliqi İranda səfərdədir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, V. əl-Xaliqi Tehranın Mehrabad beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında İranla “altılıq” ölkələri arasında nüvə sahəsində razılığın əldə olunmasını tarixi və böyük müvəffəqiyyət adlandırıb: “İran xalqının nüvə sahəsindəki uğurunun bölgədə digər zəfərlərin və Suriya xalqının qələbəsinin başlanğıcı olmasını ümid edirəm”.

Suriyanın baş naziri İranla əlaqələri möhkəmləndirməyin səfərinin məqsədlərindən biri olduğunu deyərək, iki ölkə arasında neft, elektrik enerjisi, səhiyyə xidmətləri və infrastruktur sahələrində əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb: “Bu mövzularda lazımi qərarlar qəbul olunacaq”.

V. əl-Xaliqi İranın ali dini liderinə, xalqına son illərdə Suriya ordusunun qələbə qazanması, rəsmi Dəməşq və xalqına dəstəkdən dolayı təşəkkürünü də çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR