TürkPA-da sədrlik Türkiyədən Azərbaycana keçib - VİDEO

TürkPA-da sədrlik Türkiyədən Azərbaycana keçib - <span style="color: red;">VİDEO
# 12 iyun 2014 12:37 (UTC +04:00)

APA-nın məlumatına görə, sədrliyin təhvil verilmə mərasimi bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında baş tutub.

İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək, ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb. Daha sonra sıra ardıcıllığına uyğun olaraq sədrliyin Azərbaycana keçdiyini elan edib. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə çıxış edərək sədrliyin qəbul edildiyini bildirib.

Qeyd edək ki, TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR