Rəsmi qeydə alınmamış nikahlardan doğulan uşaqların sayı azalıb

Rəsmi qeydə alınmamış nikahlardan doğulan uşaqların sayı azalıb
# 26 may 2014 09:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 30 983 olub. 2013-cü ildə isə bu rəqəm azalaraq 25 069-a düşüb. 15-17 yaşlı gənc qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 olub. 2013-cü ildə isə onların sayı 2855-ə enib".

Komitə sədri təəssüflə qeyd edib ki, onlara qadın hüquqlarının pozulması, erkən nikah və təhsildən yayınma hallarının olması, ailədaxili münasibətlərin gərginləşməsi, aliment problemləri və digər məsələlərlə bağlı tez-tez müraciətlər olur: "Komitəyə daxil olan şikayət ərizələrinə baxılarkən əksər hallarda məlum olur ki, tərəflər öz hüquqlarını bilmirlər. Biz imkan daxilində onlara kömək edirik. Ayrı-ayrı bölgələrdə əhali arasında, xüsusən gənc ailələrlə milli dəyərlərin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, eyni zamanda gənclərin layiqli vətəndaş və əsl şəxsiyyət kimi yetişməsi istiqamətində maarifləndirmə işləri aparırıq. Komitənin rəsmi veb- saytı və facebook səhifəsi vasitəsilə üç yüz mindən çox insan məlumatlandırılır. İstifadəçilərin arasında öz vətəndaşlarımızla bərabər, xarici ölkənin vətəndaşları da var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR