Azərbaycanın Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 14% artıb

Azərbaycanın Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 14% artıb
# 11 iyun 2014 09:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə bu ilin may ayı ərzində dövlət büdcəsinə daxilolmalar 133 mln. 574,2 min. manat təşkil edib.

DGK-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 20 mln. 605,18 min. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 105 mln. 418,28 min. manat, aksizlər üzrə 6 mln. 127,22 min. manat, yol vergisi üzrə isə 1 mln. 423,52 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR