AMEA informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsində iştirak edəcək

AMEA informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsində iştirak edəcək
# 11 iyun 2014 12:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası icraçı qurum kimi iştirak edəcək.

APA-nın məlumatına görə, AMEA Rəyasət Heyətinin növbəti iclasında çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov bildirib ki, Dövlət proqramı layihəsinin tədbirlər planındakı 82 tədbirdən 27-də AMEA-nın icraçı qurum kimi iştirakı nəzərdə tutulur.

Onun sözlərinə görə, qeyd olunan strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların və dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir: “Strategiyanın əsas istiqamətləri sırasında yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, e-hökumətin, e-təhsilin, e-səhiyyənin inkişafı, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi kimi elm tutumlu məsələlər öz əksini tapır”.


Akademik Ə.Abbasovun məruzəsi Rəyasət Heyətinin qərarı ilə bəyənilib, tövsiyələr nəzərə alınıb və sözügedən dövlət proqramının layihəsi dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR