Şəki sakini traktordan yıxılaraq ağır xəsarət alıb

Şəki sakini traktordan yıxılaraq ağır xəsarət alıb
# 09 iyun 2014 08:29 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda bədbəxt hadisə baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Daşüz kənd sakini, 1990-cı il təvəllüdlü Mais Məmməd oğlu Abdurəhmanov da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırma zamanı məlum olub ki, Mais Abdurəhmanov traktorun arxasına qoşulmuş, quru ot bağlamaları olan qoşqudan yıxılıb. Müayinə zamanı məlum olub ki, zərbədən Mais Abdurəhmanovun qaraciyəri partlayıb. Mais Abdurəhmanovun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR