Polis Cəmil Həsənlinin “Bakı” kinoteatrında seçicilərlə görüşü zamanı baş verən insidentlə bağlı araşdırmalara başlayıb

Polis Cəmil Həsənlinin “Bakı” kinoteatrında seçicilərlə görüşü zamanı baş verən insidentlə bağlı araşdırmalara başlayıb
# 01 oktyabr 2013 10:02 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-da Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar ərizələrində prezidentliyə namizəd Cəmil Həsənlinin "Bakı" kinoteatrında seçicilərlə görüşündə səsləndirdiyi fikirlərə etiraz etdiklərinə görə döyüldüklərini bildiriblər.

Daxil olan şikayət ərizələri əsasında polis tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR