«Bolkart» sahiblərinin sayı 210 mini keçib

«Bolkart» sahiblərinin sayı 210 mini keçib
# 31 mart 2014 12:23 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank of Baku» ASC «Bolkart» kredit kartının istifadəçiləri üçün «Bolkartı hamı sevir» şüarı altında növbəti imic kampaniyasına start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərini müxtəlif yenilik və kampaniyalarla daim sevindirən «Bolkart» istifadəçilərinin sayı böyük sürətlə artmaqda davam edir. Belə ki, bu günlərdə «Bolkart» sahiblərinin sayı artıq 210 mini aşıb və bu, yerli kredit kartları arasında ən yüksək göstəricidir.

Son zamanlar «Bolkart»ın populyarlığı müxtəlif səviyyələrdə öz əksini tapır. Bir müddət öncə «Bank of Baku» Azərbaycan Mərkəzi Bankı tərəfindən «Nağdsız ödənişlər üzrə lider bank» elan edilib. İnsanların «Bolkart»dan geniş istifadə etmələri «Bank of Baku»nun bu sahədə şəriksiz liderliyini təmin edib. Üstəlik, son vaxtlar bir sıra xəbər portallarının keçirdiyi sorğularda «Bolkart»ın qalibiyyəti bunu bir daha sübut edir. Qeyd edək ki, 2011-ci ilin sonu «Bank of Baku» tərəfindən kütləvi dövriyyəyə buraxılan «Bolkart» Azərbaycanın hissə-hissə ödənişli ilk kredit kartıdır.

«Bolkart» müştərtiyə çoxlu sayda imtiyaz və üstünlüklər verir. Onlar arasında mindən çox yerli mağaza və ticarət mərkəzində alış-veriş, 12 aya kimi hissə-hissə ödəmə imkanı, «Bolkart»dan nağd pul çıxarmaq imkanı, «Bolkart»ın müştəriyə pulsuz verilməsi, xaricdə «MasterCard» loqolu ticarət mərkəzlərində alış-veriş («Bolkart MC» sahibləri üçün), internetdə «MasterCard» loqosu olan istənilən onlayn mağazada alış-verişi qeyd etmək olar.

Bu gün «Bolkartl»a geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. «Bolkart»la hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR