Azərbaycan daha bir ermənini qarşı tərəfə qaytarıb

Azərbaycan daha bir ermənini qarşı tərəfə qaytarıb
# 06 may 2014 10:48 (UTC +04:00)

APA-nın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən verdiyi məlumata görə, 20 aprel 2014-cü il tarixdə Azərbaycanın Füzuli rayonu, Əbdürrəhmanlı kəndi istiqamətində saxlanılan erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç bu gün Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR