Səfir: “Pakistanda zəlzələdə ölənlərin sayı 400-ü keçib, ümumilikdə 200 min nəfər zərər çəkib” - VİDEO

Səfir: “Pakistanda zəlzələdə ölənlərin sayı 400-ü keçib, ümumilikdə 200 min nəfər zərər çəkib” - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2013 09:53 (UTC +04:00)

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov APA-ya açıqlamasında bildirib ki, bu barədə Pakistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Səfirliyin apardığı araşdırma nəticəsində zəlzələdən zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olmadığını qeyd edən diplomat Pakistana ilk olaraq Azərbaycanın yardım təklif etdiyini bildirib: “Azərbaycandan sonra Çin, İran, Türkiyə və Böyük Britaniya Pakistana yardım etmək üçün müraciət edib. Hələlik Pakistan öz daxili imkanları hesabına zəlzələnin fəsadlarını aradan qaldırır. Ehtiyacı yaranarsa, Pakistan Azərbaycanın yardımını qəbul edəcək”.

Qeyd edək ki, sentyabrın 25-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətində 7.7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində əsasən yoxsul insanların evləri dağılıb.

Pakistan hökuməti əhaliyə yardım üçün hərbçiləri fəlakət zonasına göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR