Füzuli rayonunda 4 otaqlı evdə yanğın olub

Füzuli rayonunda 4 otaqlı evdə yanğın olub
# 12 yanvar 2014 04:54 (UTC +04:00)

Bakı-APA. Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın İkinci Mahmudlu kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 198 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR