“Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimatı keçirilib - FOTO

“Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 09 aprel 2014 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimatını keçirib. APA-nın məlumatına görə, tədbirdə Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi Yaqub Mahmudov bildirib ki, institutun tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim etdiyi kitab tariximizi öyrənmək üçün xüsusi əhəmiyyəti olan ilk mənbələrin nəşri sahəsində növbəti uğurlu addımdır: “Verner Simensin qələmindən çıxan bu qiymətli xatirələr müəllifin bilavasitə şəxsi müşahidələrinə əsaslanır. Kitabın ilk mənbə kimi dəyəri də məhz bundadır. Digər tərəfdən Verner Simensin xatirələri aydın şəkildə sübut edir ki, Gədəbəy təkcə Azərbaycanın deyil, bütövlükdə, bütün Rusiyanın əsas metallurgiya mərkəzindən biri idi. Şübhə etmirəm ki, kitab Gədəbəyin tarixinə marağı daha da artıracaq, bu qədim diyarın tarixi keçmişinə dair yeni əsərlərin yazılmasına təkan verəcək”.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel kitabın nəşr edilməsini yüksək qiymətləndirib. O, 3 həftə öncə Gədəbəyə getdiyini, oranın nə dərəcədə zəngin tarixə malik olduğunu gördüyünü deyib.

Qeyd edək ki, kitab Azərbaycan və alman dillərində işıq üzü görüb. Kitabın müəllifi və ön sözün müəllifi Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, elmi redaktoru və giriş məqaləsinin müəllifi millət vəkili Sevinc Hüseynova, alman dilindən tərcümə edəni isə Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı Azər Babayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR