“Bakı”nın futbolçusu “İnter” klubuna keçir

“Bakı”nın futbolçusu “İnter” klubuna keçir
# 21 may 2014 12:08 (UTC +04:00)

Bakı – APA. “Transfer bazarı”nda ən fəallardan olan “İnter” Vaqif Cavadov və Ruslan Əmircanov kimi yerli futbolçularını əlindən qaçırsa da, ölkə daxilində səs-küylü transferini həyata keçirməyə hazırlaşır. Apasport.az saytının əldə etdiyi xəbərə görə, “bankirlər” Elvin Məmmədovla danışıqlar aparır.

“Bakı” ilə müqaviləsinin müddəti başa çatdığı üçün klubundan ayrılan Məmmədov da sabiq komandasına qayıtmağın əleyhinə deyil. Tərəflər arasında aparılan danışıqların bu həftə müsbət nəticələnəcəyi gözlənilir. Heç bir problem ortaya çıxmazsa, Elvin “İnter”lə 1 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Elvin Məmmədov 2007-2009-cu illərdə “İnter”də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR