Azərbaycanın İsveçrədəki səfiri bu ölkənin yeni prezidenti Didye Burkhalter ilə görüşüb - FOTO

Azərbaycanın İsveçrədəki səfiri bu ölkənin yeni prezidenti Didye Burkhalter ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 yanvar 2014 08:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı Yeni il münasibətilə İsveçrənin yeni seçilmiş prezidenti Didye Burkhalter ilə görüşüb. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını İsveçrə prezidentinə çatdıran Ə. Zeynallı, D. Burkhalteri prezident seçilməsi münasibətilə təbrik edib.

Azərbaycan prezidentinin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirən İsveçrə prezidenti, onun da səmimi salamlarını İlham Əliyevə çatdırmağı xahiş edib.

D. Burkhalter 2014-cü ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq və müvəffəqiyyətlər arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR