Ukrayna Təhlükəsizlik Xidməti: Yuliya Timoşenkonun həyatı təhlükədədir

Ukrayna Təhlükəsizlik Xidməti: Yuliya Timoşenkonun həyatı təhlükədədir
# 06 may 2014 11:43 (UTC +04:00)

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidməti müvafiq məlumatı Y.Timoşenko ilə işləyən Dövlət mühafizə idarəsinə ötürüb.

Bununla belə Y.Timoşenko Nikolayev vilayətinə səfərini yarımçıq qoymayıb.

Ukraynanın sabiq baş nazirinin mətbuat katibi Marina Soroka Y.Timoşenkonun həyatına olan təhlükənin detalları barədə məlumat verməyib.

Bir müddət öncə Ukrayna Təhlükəsizlik Xidməti prezidentliyə namizədlərdən birinə qarşı sui-qəsd etməyi planlaşdırmaqda ittiham olunan iki nəfər Rusiya vətəndaşını saxlayıb. Sui-qəsdin kimə qarşı planlaşdırıldığı haqda məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR