Mikayıl Cabbarov: “Təhsildə stimullaşdırıcı mexanizmlərin yaradılması vacibdir”

Mikayıl Cabbarov: “Təhsildə stimullaşdırıcı mexanizmlərin yaradılması vacibdir”
# 26 sentyabr 2013 08:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması vacibdir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, Azərbaycanda bütün təhsil pillələrində adam başına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, müasir qiymətləndirmə sisteminin yaradılması, peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi, nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması kimi məsələlərin həlli nəzərdə tutulur: “Təhsil dünyanın hər yerində ən həssas və əhəmiyyətli sahələrdən biridir və istənilən ölkədə bu sahədə qarşıya çıxan problemlər əksər hallarda çox oxşardır. Bu isə bizə imkan verir ki, o problemləri tək qarşılamayaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR