ABŞ-da yenidən işlənmiş 100 dollarlıq əsginas buraxılıb

ABŞ-da yenidən işlənmiş 100 dollarlıq əsginas buraxılıb
# 08 oktyabr 2013 15:51 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, yeni əsginas saxta pul hazırlayanların qarşısını almaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə və istehlakçılara əsginasın əsli olmasını söyləməkdə yardım etməkdən ötrü buraxılıb.

Bildirilir ki, ayrı-ayrı maliyyə təsisatlarının yerləşdikləri məsafə, onların tələbatı və siyasətləri yenidən işlənmiş əsginasların bütün dünyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə və istehlakçılara nə dərəcədə tez çatmasına təsir göstərəcək. FEŞ sədri Jerome H.Powell bildirib ki, yeni dizayn onun həqiqi olub-olmadığını müəyyən etməyi asanlaşdıran, lakin sürətini çıxartmağı çətinləşdirən təhlükəsizlik xüsusiyyətlərinə malikdir: “Yeni əsginasdan gündəlik əməliyyatlarda istifadə edildiyindən, istifadəçi üçün istifadəsi rahat olan təhlükəsizlik xüsusiyyətləri ictimaiyyətə əsginasın əsli olub-olmadığını daha asanlıqla müəyyən etməyə imkan verəcək”.

FEŞ ABŞ-ın Xəzinədarlıq Departamenti, ABŞ-ın Həkketmə və Çap Bürosu və ABŞ-ın Əks Kəşfiyyat Xidməti Federal Ehtiyat Şurasının əsginaslarının saxtalaşdırma təhlükəsindən uzaq olması üçün yenidən işlənməsinə yardımçı olublar. Yenidən işlənmiş 100 dollarlıq əsginasa iki yeni xüsusiyyət daxildir: zınqırov və 100 rəqəmi təsviri ilə mavi 3-D təhlükəsizlik lenti, və mürəkkəbqabında rəngi dəyişən zınqırov. Yeni xüsusiyyətlər və su nişanı kimi əvvəlki dizayndan götürülmüş əlavə xüsusiyyətlər ictimaiyyətə yenidən işlənmiş 100 dollarlıq əsginasın vizual şəkildə əsli olub-olmadığını müəyyən etməyin sadə yolunu təklif edir.

Bütün dünyanın istehlakçılarına köhnə 100 dollarlıq əsginasları yeniləri ilə əvəz etməyin zəruri olmadığı məsləhət görülür. Buraxılma tarixlərindən asılı olmayaraq ABŞ valyutasının bütün dizaynlarının qanuni dövriyyədə olması ABŞ hökumətinin siyasətidir.

Yeni 100 dollarlıq əsginasın dizaynı, eləcə də təlim və təhsil materialları haqda daha ətraflı məlumat əldə etmək üçün www.newmoney.gov. saytına daxil olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR