Azərbaycanın xarici işlər naziri BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 14:31 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkəmizin bu təşkilat ilə əməkdaşlığında müsbət addım kimi xüsusi qeyd edilib. Tərəflər hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini də vurğulayıblar.

Sven Alkalay təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes mühitin yaradılmasından məmnunluq ifadə edib və ölkə bazarının xarici iş adamları üçün cəlbedici olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR