Türkiyənin xarici işlər naziri İrana səfər edəcək

Türkiyənin xarici işlər naziri İrana səfər edəcək
# 04 noyabr 2013 06:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrana səfər edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, səfərdə məqsəd üç həftə sonra Tehranda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir: “Əhməd Davudoğlu səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair İran rəsmiləri ilə də görüşəcək və müzakirələr aparacaq”.

M. Zərif deyib ki, qonşu ölkələrlə əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı İranın əsas prioritetlərindəndir: “İranın xarici siyasətdə müvəffəqiyyətli olması üçün bütün bölgə və dünya ölkələri ilə çox istiqamətli əlaqələrə ehtiyacı var və indiyədək bununla bağlı mühüm addımlar atılıb”.

Qeyd edək ki, M. Zərif türkiyəli həmkarının dəvəti ilə noyabrın 1-2-də bu ölkədə səfərdə olub. İran XİN rəhbəri İstanbul şəhərində PagWash qeyri-hökumət təşkilatının keçirdiyi nüvə tərksilahı və beynəlxalq təhlükəsizlik konfransında xüsusi qonaq qismində qatılıb və çıxış edib. M. Zərif səfər çərçivəsində İstanbulda Ə. Davudoğlu ilə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi başda olmaqla İranın dinc məqsədli nüvə proqramı, Suriya böhranı, İraqdakı terror aktları, Əfqanıstandakı vəziyyət, İran-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR