Azərbaycanda daha iki rayonunun üç kəndinə qaz verilib

Azərbaycanda daha iki rayonunun üç kəndinə qaz verilib
# 28 dekabr 2013 11:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın Tovuz və Xaçmaz rayonlarının daha üç kəndinə təbii qaz verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Tovuz rayonunun Kirən və Xınna Kirən kəndlərinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirlərdə bildirilib ki, ümumilikdə 170 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında təxminən 21,9 km uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 170 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Xaçmaz rayonunun Şıxhaput kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 101 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 5,9 km-dən artıq metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 101 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR