Bakı Metropoliteninin “Cəfər Cabbarlı” stansiyasında qatarların hərəkətində gecikmə olub

Bakı Metropoliteninin “Cəfər Cabbarlı” stansiyasında qatarların hərəkətində gecikmə olub
# 03 oktyabr 2013 09:27 (UTC +04:00)

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qatarda baş verən ləngimə sərnişinlərin ciddi narazılığına və təşvişə səbəb olub.

Maşinistlər ləngiməni baş verən texniki çatışmazlıqla izah ediblər və bir müddət sonra qatarın hərəkəti bərpa olunub.

Bakı Metropoliteninin Hərəkət xidməti şöbəsindən APA-ya bildiriblər ki, hazırda hadisə ilə bağlı mütəxəssislər və stansiya rəisi stansiyadadır, problem araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR