DSMF Şirvanda “Sığorta-pensiya sistemində elektron xidmətlər” mövzusunda regional təqdimat keçirilib

DSMF Şirvanda “Sığorta-pensiya sistemində elektron xidmətlər” mövzusunda regional təqdimat keçirilib
# 18 mart 2014 11:10 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Dövlət Sosial Müdafiə Fondu (DSMF) Şirvan şəhərində “Sığorta-pensiya sistemində elektron xidmətlər” mövzusunda regional təqdimat keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Şirvan şəhərində keçirilən təqdimatda 1 şəhər, 11 rayonu təmsil edən sığortaedənlər, sığorta olunanlar və pensiyaçılar iştirak ediblər.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi electron xidmətlərin sayı 19-a çatdırılıb. “Elektron hökumət” portalının statistikasına görə, fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb. O da qeyd olunub ki, Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanılıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm də “elektron hökumət portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım maşınları”nın xidmətindən yararlanmaqla öz hesablarını elekytron formatda təqdim etmək imkanı qazanırlar.

Təqdimat mərasimində DSMF-nin elektron xidmətləri barədə slaydlar nümayiş olunub, həmçinin sığorta edənlərin, sığorta olunanların və pensiyaçıların elektron xidmətlərlə bağlı çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilərək müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR