İran səfirliyinin baş konsulu İsrail səfirliyinə qarşı terror ittihamı ilə həbs olunan İran vətəndaşının apellyasiya prosesində iştirak etmək istəyir

İran səfirliyinin baş konsulu İsrail səfirliyinə qarşı terror ittihamı ilə həbs olunan İran vətəndaşının apellyasiya prosesində iştirak etmək istəyir
# 04 dekabr 2013 09:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin baş konsulu Möhsün Mövlayi İran vətəndaşı Bəhram Feyzinin apellyasiya məhkəməsində səfirlik nümayəndəsinin iştirakının təmin edilməsini istəyib. APA-nın xəbərinə görə, M. Mövlayi bildirib ki, beynəlxalq qanunlara əsasən ittiham olunan xarici ölkə vətəndaşı haqqında məhkəmə hökmü çıxarılmazdan əvvəl onun səfirlik nümayəndəsi ilə görüşü təmin edilməlidir: “Lakin bu barədə bir neçə dəfə nota təqdim etməyimizə baxmayaraq, hələ də bu məsələ təmin edilməyib”.

İran konsulu Bəhram Feyzidən məktub aldıqlarını söyləyib: “O, məhkəmənin qərarına etiraz olaraq aclıq elan edib və saxlanma şəraitindən şikayətlənib. Bəhram Feyzi səfirliyin həkimi tərəfindən müayinə olunmalıdır”.

Qeyd edək ki, B. Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmaq ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə qərarından apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR