Sabah Bakıda və Azərbaycanın rayonlarında qar yağacaq, bəzi yerlərdə intensiv olacaq

Sabah Bakıda və Azərbaycanın rayonlarında qar yağacaq, bəzi yerlərdə intensiv olacaq
# 30 yanvar 2014 10:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı və Abşeron yarımadasında yanvarın 31-də qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, gündüz 5 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR