Ötən il Azərbaycanda 75 ixtiraya patent verilib

Ötən il Azərbaycanda 75 ixtiraya patent verilib
# 23 yanvar 2014 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda ümumilikdə 75 ixtiraya patent verilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu ixtiralardan 71-i milli, 4-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Faydalı modelə dair 7 patent qeydiyyata alınıb ki, onlardan da 4-ü milli, 3-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 17 patent verilib, onlardan 3-ü milli, 14-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Həmçinin, 2013-cü ildə 1 730 ədəd əmtəə nişanı və 4 coğrafi göstərici qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR