«Fitch Ratings» agentliyi «Unibank»ın reytinqi üzrə proqnozu artırıb

«Fitch Ratings» agentliyi «Unibank»ın reytinqi üzrə proqnozu artırıb
# 13 mart 2014 09:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi «Unibank» ASC-nin «B» dərəcəli uzunmüddətli reytinqi üzrə proqnozu «stabil»dən «pozitiv»ə qədər yüksəldib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən «B» səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi «5» kimi göstərilib, dayanaqlıq reytinqi isə «b» səviyyəsində təsdiqlənib.

«Fitch» mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olması ilə yanaşı, «Unibank»ın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir. «Fitch» nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin yüksəldilməsi bankın pərakəndə və mikrokreditləşmənin sürətləndirilməsində böyük rol oynaması ilə bağlıdır.

Xatırladaq ki, «Fitch Ratings» agentliyi «Unibank»ın reytinqini yüksəldən zaman, kredit portfelin artımı, yüksələn gəlirliyi, korporativ idarəetmədə müsbət təcrübəni və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR