“Atletiko” Arda Turanla müqaviləni 2017-ci ilə qədər uzadıb

“Atletiko” Arda Turanla müqaviləni 2017-ci ilə qədər uzadıb
# 19 sentyabr 2013 12:34 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi 26 yaşlı futbolçu ilə mövcud müqavilənin müddətini 2017-ci ilin yayına qədər uzadıb.


Arda klubun rəsmi saytına açıqlamasında yeni müqaviləyə imza atdığı üçün özünü xoşbəxt saydığını bildirib: “Atletiko” ilə müqaviləmin müddətini uzatdığım üçün çox xoşbəxtəm. Özümü bu ailənin bir parçası kimi hiss edirəm. Karyeramı burada davam etdirəcəyimə görə, mən də sevincliyəm, klub da”.

Qeyd edək ki, 2011-ci ildə “Qalatasaray”dan “Atletiko”ya transfer olunan Arda Turanın klubu ilə 2015-ci ilə qədər müqaviləsi vardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR