Ketrin Eşton: “Mən məyusam”

Ketrin Eşton: “Mən məyusam”
# 11 dekabr 2013 07:34 (UTC +04:00)

Bakı – APA. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketron Eşton Kiyevdə nümayişçilərə qarşı güc tətbiq edilməsi faktından məyusluğunu bildirib. APA-nın “rbc.ua” saytına istinadən verdiyi məlumata görə, K. Eşton hazırda Kiyevdə olduğunu söyləyib: “Mən hələ Kiyevdəyəm. Axşam meydanda idim və ölkənin Avropa perspektivi uğrunda mübarizə aparan insanların qətiyyəti məni heyrətləndirdi. İndi, üstündən bir neçə saat keçdikdən sonra, mən kədərlə müşahidə edirəm ki, milis dinc insanları Kiyevin mərkəzindən yığışdırmaq üçün güc tətbiq edir. Hakimiyyət cəmiyyətlə milisin köməyi ilə təmasa başlamaq üçün gecənin örtüyündən istifadə etməməliydi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR