Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul edəcək
# 19 sentyabr 2013 13:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 24-ü saat 12:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir qəbulda Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Goranboy, Samux, Naftalan və Kəlbəcər rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR