DİN Bakı-Şamaxı yolunda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb

DİN Bakı-Şamaxı yolunda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb
# 27 yanvar 2014 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakı-Şamaxı yolunda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 26-da saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Nadir Şükürovun idarə etdiyi “Mercedes”, Şamaxı rayon sakini Bahadur İbadovun idarə etdiyi “VAZ-21011” və Şəki rayon sakini Murad Abdulhəmidovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə N.Şükürovun sərnişinlərindən - Bakı şəhər sakini Gülbəniz Dibirova, habelə B.İbadov və onun sərnişinləri, qızları Ceyran və Zəhra hadisə yerində ölüblər. N.Şükürov və digər sərnişinləri - Bakı şəhər sakinləri Purim Şamayılova, Fəridə Əliyeva, habelə B.İbadovun digər sərnişinləri - arvadı Arifə İbadova, Şamaxı rayon sakini Vidadi Novruzov, eləcə də M.Abdulhəmidov və sərnişini - Ağdaş rayon sakini Elşən Rüstəmov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR