Türkiyədə polis və prokurorların valiyə və baş prokurora xəbər vermədən həbslər aparmasını qadağan edən təlimatın icrası dayandırılıb

Türkiyədə polis və prokurorların valiyə və baş prokurora xəbər vermədən həbslər aparmasını qadağan edən təlimatın icrası dayandırılıb
# 27 dekabr 2013 13:05 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hökumət dekabrın 17-də həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis və prokurorların yuxarı orqanlara xəbər vermədən bu əməliyyatı keçirdiyini bildirərək bundan sonra belə halların qarşısını almaq üçün xüsusi təlimat qəbul etmişdi.

Yeni təlimata əsasən istintaq aparan prokurorlar həbs və axtarışlara sanksiya vermək üçün baş prokurordan, polislər isə prokurorun sanksiyası əsasında həbslər və axtarışlar həyata keçirmək üçün validən (qubernator) icazə almalı idilər. Lakin Türkiyə Vəkillər Birliyi bu təlimatın Konstitusiyaya və qanunvericiliyə zidd olduğunu əsas gətirərək təlimatın icrasının dayandırılması və ləğvi üçün Danıştaya müraciət edib. Türkiyə Hakimlər və Prokurorlar Ali Şurası da təlimatın Konstitusiyaya zidd olduğunu açıqlayıb.

Bu gün müraciətə baxan Danıştay təlimatın icrasını dayandırmaq qərarını verib. Bundan sonra polis və prokurorlar dekabrın 18-nə qədər olduğu kimi, baş prokuror və valiyə xəbər vermədən əməliyyat keçirmək hüququna malikdir.

Danıştayın bu qərarı Ərdoğan hökumətinə ciddi zərbə kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR