DÇ-2014-ün seçmə mərhələsi: Rusiya liderliyi ələ keçirib, Azərbaycan qrupun sonuncusu olub - VİDEO

DÇ-2014-ün seçmə mərhələsi: Rusiya liderliyi ələ keçirib, Azərbaycan qrupun sonuncusu olub - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2013 22:37 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, millimizin yer aldığı F qrupunda bir sıra görüşlər keçirilib.

Doğma azarkeşləri önündə Azərbaycan yığması ilə 1:1 hesabı ilə bərabərə qalan İsrail səfərdə Rusiyanın, Şimali İrlandiya isə Lüksemburqun qonağı olub. Rusiyanın milli komandası israilliləri 3:1 hesabı ilə məğlub edərək, qrupda liderliyi ələ keçirib. Lüksemburqun millisi isə Şimali İrlandiya komandasına 3:2 hesabı ilə qalib gəlib. Nəticələrə görə, Azərbaycan qrupun sonuncusu olub.

Rusiya – İsrail – 3:1 (0:0)

Lüksemburq – Şimali İrlandiya – 3:2 (1:1)

Komandaların turnir cədvəlindəki vəziyyəti: Rusiya – 18 xal, Portuqaliya – 17, İsrail – 12, Şimali İrlandiya və Lüksümburq – 6, Azərbaycan – 5.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR