Xaçmaz rayonunun Xraxoba kəndinin adı dəyişdirilir - VİDEO

Xaçmaz rayonunun Xraxoba kəndinin adı dəyişdirilir - <span style="color: red;">VİDEO
# 08 noyabr 2013 09:37 (UTC +04:00)

APA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadə bildirib ki, bu ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub.

Onun sözlərinə görə, orada yaşayan sakinlər Xraxoba sözünün mənasını bilmədiklərindən bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib: “Kənd sakinləri həmin əraziyə Palıdlı adının verilməsini istəyiblər. Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı, 2 il bundan əvvəl onlar oradan köçürüldülər. Bu proses Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilib".

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR