DİN Xaçmazda 5-ci sinif şagirdinin təriqətçilər tərəfindən girov götürülməsi barədə xəbərləri təkzib edib

DİN Xaçmazda 5-ci sinif şagirdinin təriqətçilər tərəfindən girov götürülməsi barədə xəbərləri təkzib edib
# 25 yanvar 2014 08:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi Xaçmazda 5-ci sinif şagirdinin sələfi dini təriqətinin üzvləri tərəfindən girov götürülməsi barədə məlumatları təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəisi müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, bu barədə mətbuatda yayılan məlumatlar yalan və uydurmadır: “Qəti şəkildə bildiririk ki, mətbuatda yayılan bu məlumat kökündən yalandır, Xaçmazda belə bir hadisə baş verməyib və tərəfimizdən qəti şəkildə təkzib olunur”.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Xaçmazda 5-ci sinif şagirdinin sələfi dini təriqətinin üzvləri tərəfindən girov götürülməsi barədə informasiyalar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR