Bakıda “Şəbi Əruz” mərasimi keçiriləcək

Bakıda “Şəbi Əruz” mərasimi keçiriləcək
# 13 dekabr 2013 11:23 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyətinin üzvləri dekabrın 19-da Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan deyib. O bildirib ki, Təsəvvüf Musiqisi Cəmiyyətinin nümayəndələri dekabrın 20-də Azərbaycan Akademik Milli Dram Teatrında Həzrəti Mövlananın haqqa qovuşmasının ildönümü ilə əlaqədar keçiriləcək “Şəbi Əruz” mərasimində iştirak edəcək. Mərasimə hazırlıq işləri artıq tamamlanıb.

S. Ə. Arslan eyni zamanda əlavə edib ki, dekabrın 25-də Azərbaycan Akademik Milli Dram Teatrın səhnəsində türkiyəli komediya aktyoru Atalay Dəmircinin tamaşası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR