Neftçalada bir nəfər qardaşının avtomobilini oğurlayıb

Neftçalada bir nəfər qardaşının avtomobilini oğurlayıb
# 17 avqust 2013 15:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Neftçalada qardaşının avtomobilini qaçıran şəxs müəyyən edilib APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də Neftçala rayonunun Mirsəqulu kənd sakini Ramil Abdullayev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün kəndin ərazisindən ona məxsus “Mercedes-190” markalı avtomaşının qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı avtomaşının R. Abdullayevin qardaşı Rövşən tərəfindən qaçırıldığı müəyyən edilib və avtomobil avqustun 16-da geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR